`Şahdağ`da müsabiqə keçirildi

`Şahdağ`da müsabiqə keçirildi
  23 Fevral 2014    Oxunub:1268
“Şahdağ” Qış-Yay Turizm Kompleksində “Red Bull Shakh Carpet” idman müsabiqəsi keçirilib.
Fevralın 22-də “Şahdağ” Qış-Yay Turizm Kompleksində Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə dünyada ilk dəfə ən kreativ “Red Bull Shakh Carpet” idman müsabiqəsi keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki,ölkəmizdə idmanın bu ekstremal növü üzrə ilk dəfə keçirilən müsabiqədə iştirak etmək üçün 23 komanda üç meyar - ən yaxşı tullanma, kostyumların və çıxışın kreativliyi, tamaşaçı rəğbəti uğrunda mübarizə aparıb.

Adı “Xalçaların şahı” kimi tərcümə olunan müsabiqənin mahiyyəti ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün xüsusi vasitələrlə təchiz edilmiş iştirakçılar sonda 80 santimetrlik kiçik tramplini və soyuq su ilə dolu iki metr dərinliyində hovuzu olan 80 metrlik yamacdan sürüşərək keçmişlər. Hovuzdan çıxdıqdan sonra iştirakçılar xüsusi çadırlara yerləşdiriliblər.

Müsabiqənin sonunda üç qalib komandaya diplom və qiymətli hədiyyələr təqdim olunub.


Teqlər:





Xəbər lenti