Paşinyan Qasparyanın yerinə kimi gətirmək istəyir?

Paşinyan Qasparyanın yerinə kimi gətirmək istəyir?
  04 Mart 2021    Oxunub:3784
Ermənistan hakimiyyəti Baş Qərargah rəisi Onik Qasparyanı hələ vəzifəsindən azad edə bilməyib, lakin artıq onu əvəz edəcək bir neçə hərbçinin namizədliyini nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bu barədə "Past" nəşri yazıb.

Qeyd olunub ki, birinci namizəd general-mayor və Baş Qərargah rəisinin müavini Andranik Makaryandır. O, baş nazirin istefasını tələb edən bəyanata qoşulmayıb.

Məlumata görə, Makaryan Qasparyanın yerinə gəlməyi doğru saymadığı üçün razılıq verməyib, üstəlik vəziyyət həll edildikdən sonra xidmətdən ayrılacağını açıq şəkildə bildirib.

Qasparyanın həbsinə hazırlıq görülür
Hakimiyyətin ikinci namizədi “Dağlıq Qarabağ müdafiə ordusunun” keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyandır. O da hələ qərarını verməyib, eyni zamanda sağlamlıq vəziyyəti ordu işləri ilə tam məşğul olmağa imkan vermir.

Baş Qərargahın keçmiş rəhbəri Artak Davtyanın da namizədliyi müzakirə olunur, lakin səlahiyyətlilərin onunla bağlı müəyyən şübhələri qalır.

"Hakimiyyət “DQR Müdafiə Ordusu komandiri” general-leytenant Mikael Arzumanyanın namizədliyini aktiv şəkildə nəzərdən keçirir. Hələ tam qərar verməyib, lakin onun təyinatı böyük ehtimalla gerçəkləşəcək. Çünki o, Ermənistandakı son hadisələrin iştirakçısı olmayıb və neytraldır", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OnikQasparyan  





Xəbər lenti