Vəkillər Kollegiyasına üzv olmaq istəyən 159 nəfər ikinci mərhələyə keçdi

İmtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 280 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 271 namizəddən 159 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apelyasiya komissiyası 9-11 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).
Azvision.az