Direktorların işə qəbul imtahanları başlayır

Direktorların işə qəbul imtahanları başlayır
  06 Mart 2021    Oxunub:4692
Bu gündən direktorların işə qəbulu üzrə test imtahanlarına start verilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 6-7 mart tarixlərində Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq həyata keçiriləcək.

Test imtahanlarında elektron ərizəsi qəbul edilmiş 3330 namizədin iştirakı nəzərdə tutulub. İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.

İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Azvision.az


Teqlər: Təhsil   Məktəb   Direktor   İmtahan  





Xəbər lenti