Milinko Pantiç "İnter"i futbol oynamamaqda günahlandırdı

Milinko Pantiç "İnter"i futbol oynamamaqda günahlandırdı
  24 Fevral 2014    Oxunub:1405
"Rəqibi hər cəhətdən üstələdik, oynamaq istəmirlərsə, nə edə bilərik?"
Premyer Liqasının 23-cü turunda “İnter”lə “Bakı” paytaxt derbisində qarşılaşdı. Hərəyə bir dəfə fərqlənən tərəflər oyundan “sülh”lə ayrıldılar – 1:1.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilər fikirlərini bildiriblər.

“Bakı” klubunun baş məşqçisi Milinko Pantiç rəqibini futbol oynamamaqda günahlandırıb: “Bu cür oyundna sonra nə deyəcəyimi bilmirəm. Tarix yenə təkrarlandı. Bu oyunda 2 xal itirdik. Əsas heyətin bəzi oyunçuları yox idi, lakin 5 təmiz qol epizodu yaratdıq. Rəqib isə bir dəfə qapımıza doğru gəldi və onda da qol vurdu. Rəqibi hər cəhətdən üstələdik, oynamaq istəmirlərsə, nə edə bilərik? Rəqib məşqçinin taktikasına hörmətlə yanaşıram. Çempionar asan deyil, “Sumqayıt” “Neftçi”ni məğlub etdi, zəif rəqib yoxdur. Bütün futbolçularım igiddirlər”.

“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze oyundan narazı qalıb: “Çox ağır və gərgin oyun oldu. Oyunun məzmunundan narazı qaldın. Bu oyunda mütləq qələbə qazamalıydıq. Lakin göstərdiyimiz oyuna görə qələbəyə layiq deyildik. Bəzi oyunçulara iradım var. Qarşıda çətin səfər oyunumuz var. Rəqib məşqçinin fikirlərini şərh etməyəcəm, ona fikir vermirəm”.


Teqlər:





Xəbər lenti