Texniki nasazlığa görə imtahanlar təxirə salındı

Texniki nasazlığa görə imtahanlar təxirə salındı
  07 Mart 2021    Oxunub:4533
Bu gün saat 16:00-da keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb ediləcək və onlara yeni sual variantı təqdim olunacaq:

“Eyni zamanda, bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib.

İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq”.

Azvision.az


Teqlər: İmtahan   texnikinasazlıq  





Xəbər lenti