Benzema “Real”ı məğlubiyyətdən xilas etdi

Gərgin anlarla yadda qalan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Real”ın hücumçusu Kərim Benzema 88-ci dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Madrid təmsilçiləri hərəyə bir xalla kifayətlənməli olublar.
Qeyd edək ki, bu oyundan sonra xal ehtiyatını 59-a çatdıran “Atletiko” turnir cədvəlində liderliyini davam etdirir. İkinci yerdə 56 xalla “Barselona”, üçüncü sırada isə 54 xalla “Real Madrid” qərarlaşıb.
Azvision.az