Əvvəlcə "Sumqayıt" komandası "Sabah"ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Günün son matçında "Neftçi" klubu "Keşlə"ni qəbul edib. 3:1 hesablı qələbəyə sevinən "Neftçi" bununla liderliyini möhkəmləndirib.
Bu günün nəticələri:
“Neftçi” – “Keşlə” - 3:1
“Sabah” – “Sumqayıt” - 1:1
Qeyd edək ki, 19-cu tura sabah yekun vurulacaq.

Azvision.az