Azərbaycan millisi Moldovaya qarşı

  09 Mart 2021    Oxunub : 1511
Azərbaycan millisi Moldovaya qarşı
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Azvision.az xəbər verir ki, millimiz Kişinyovdakı Çioresku idman zalında Moldova yığması ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Polşadan olan birinci hakim Damian Qrabovski idarə edəcək. Ona belçikalı Yasin Alageyik kömək edəcək.

Matçın UEFA nümayəndəsi serbiyalı Zoran Dimiç olacaq.

Üç oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi kollektiv bu gün qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər.

Azvision.az

Teqlər: Milli   Futzal