Məhsul istehsalı 57,7 milyarda çatdı

Məhsul istehsalı 57,7 milyarda çatdı
  24 Fevral 2014    Oxunub:1254
Dövlət Statistika Komitəsində 2013-cü ildə ölkənin iqtisadi və sosial inkişafının yekunlarına dair mətbuat konfransı keçirilib. AzVision.az xəbər verir ki, təqbirdə bildirilib ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2012-ci illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 6207,3 manat (7912,5 dollar) təşkil etmiş və 4,4 faiz artıb. Bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalına sərf olunmuş mal və xidmətlərin dəyəri 27,1 milyard manat təşkil edib.

2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10 faiz artımı müşahidə olunub, bu sektorun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb.

Bitkiçilik məhsulları istehsalı 4,2 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4,9 faiz artıb.

Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manata, hər nəfərə düşən məbləği isə 6,6 faiz artaraq 4039,6 manata çatıb. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.


Teqlər:





Xəbər lenti