Livan Nacaryana görə Azərbaycana təşəkkür etdi

Livan Nacaryana görə Azərbaycana təşəkkür etdi
  11 Mart 2021    Oxunub:5250
Livanın xarici işlər naziri Şarbel Vahbi Qarabağ müharibəsi zamanı əsir düşmüş erməni əsilli Maral Nacaryanın azad edilməsinə görə Azərbaycana təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə "Armenpress" Livan Milli Agentliyinə istinadən məlumat yayıb.

XİN rəhbəri Livan vətəndaşı olan Nacaryanın azad edilməsinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Rusiya və Azərbaycana təşəkkürünü bildirib.

Xatırladaq ki, Nacaryan Ermənistan və Livan vətəndaşlığına malikdir. O, Qarabağda bir sıra qanunsuz əməllərə yol verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Livan  



Xəbər lenti