Kəbirə Məmmədova vədini yerinə yetirdi

Kəbirə Məmmədova vədini yerinə yetirdi
  24 Fevral 2014    Oxunub:1088
Ötən ilin dekabrında “Binə” Tiracət Mərkəzindən baş verən yanğından sonra yarasız vəziyyətə düşən mağazalar təmir edilərək istifadəyə verilib.
AzVision.az-ın məlumatına görə, Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova tərəfindən təmir etdirilən mağazalar tam hazırda vəziyyətdə sahibkarların istifadəsinə verilib.

Mağazarı yanan alverçilərlə söhbətimizdə onlar Kəbirə Məmmədovadan razılıqlarını bildiriblər.

“Sağ olsun, Kəbirə xanım sözünü tutdu. Mağazalarımız tikilərək geri qaytarıldı. Bizə dəyən ziyana görə kompensasiya verilməsə də yer pulundan azad edildik”-deyə satıcılar vurğulayıblar.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, “Binə”də baş verən yanğın zamanı 45 mağaza yanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti