Daha bir erməni əsgərin ölümü gizlədilir

Daha bir erməni əsgərin ölümü gizlədilir
  13 Mart 2021    Oxunub:2954
Tanınmış erməni ictimai fəal, hərbi məsələləri araşdıran Aram Gevorqyan müharibədə öldürülmüş və adı Ermənistan hakimiyyəti tərəfindən gizlədilən daha bir hərbçi haqqında məlumat yayıb.
Azvision.az xəbər verir ki, Gevorqyanın sözlərinə görə, Sergey adlı erməni əsgər "Martuni 2" cəbhəsində döyüşsə də, onun ölümü gizlədilir.

"İkinci Qarabağ müharibəsi zamanı Sergey ən qaynar nöqtələrdə olub. Düşmən onların avtomobilinə hücum edərək partladıb, amma Sergey möcüzəvi şəkildə sağ qalıb. Bir neçə gün sonra isə dostları ilə mühasirəyə düşüb. 23 oktyabrda öldürülüb. Sergey, hakimiyyətin onlara xəyanət etdiyini bilmədən yıxıldı. 19 yaşlı Sergey Marati Petrosyanın adı hələ də ölənlərin siyahısında yoxdur",- deyə Gevorqyan bildirib.

Qeyd edək ki, Aram Gevorqyan müharibə bitdikdən sonra mütəmadi olaraq araşdırmalar aparır və yüzə yaxın adı ölmüş hərbçilər siyahısında olmayan erməni döyüşçünü aşkarlayaraq ictimaiyyətə təqdim edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Müharibə   Erməni  



Xəbər lenti