Barselonada ən yeni telefonların iri sərgisi

Barselonada ən yeni telefonların iri sərgisi
  24 Fevral 2014    Oxunub:1054
Barselonada dünyanın iri mobil sənaye sərgisi start götürdü.

Bu gün Barselonada (İspaniya) dünyanın iri mobil “Mobile World Congress 2014” sənaye sərgisi və mobil rabitə rəhbərlərinin, satıcı və sahiblərinin konqresi rəsmən start götürür.

Qarşıdakı il üçün mobil texnika istehsalçılarının işini ənənəvi olaraq stimullaşdıran tədbirdə 1500-dən çox şirkət və istehsalçı iştirak edir. Sərgidə mobil innovasiyalar, əyləncə, əlavələr, açıq mobil sistem və internet texnologiyalarının nümayiş olunması ilə yanaşı, bir sıra nəhəng korporasiya rəhbərlərinin çıxışları, habelə sahə üzrə seminarlar, forumlar və sessiyaların keçirilməsi planlaşdırılır.

“WMC” sərgisində mobil qurğular bazarının aparıcı oyunçularının, demək olar, hamısı öz yeni məhsullarını təqdim etməyə hazırlaşır. AzVision.az xəbər verir ki, bu ilin əsas istiqamətlərindən biri iriölçülü və geniş funksiyalı telefonların dəbdə olmasıdır.


Teqlər:





Xəbər lenti