`Smart TV` satışında `Samsung` lider oldu

`Smart TV` satışında `Samsung` lider oldu
  25 Fevral 2014    Oxunub:1412
“Samsung” şirkəti “Smart TV” modellərinin satışında liderdir.
Cənubi Koreyanın “Samsung” şirkəti dünya “Smart” (ağıllı) funksiyalı televizor modelləri bazarında satışların həcminə görə liderlik mövqeyini qoruyaraq 2013-cü ilin dördüncü rübündə payını 26,4 faizə çatdırıb. AzVision.az xəbər verir ki, bu barədə “Strategy Analytics” analitik şirkətinin hesabatında deyilir.

Hesabata əsasən, “Samsung”un yaxın rəqibi “LG” şirkəti “Smart TV” bazarında 14,4 faiz paya sahibdir. Yaponiyanın “Sony” şirkəti ümumilikdə “LG”-dən televizorların satışına görə xeyli geri qalsa da, intellektual funksiyaya malik modellərin satışı üzrə ona yaxınlaşıb. Belə ki, Yaponiya istehsalçısı “Smart TV” bazarında 14,3 faizlik paya sahibdir.

Televizorların ümumi satış həcmində vəziyyət bir qədər fərqlidir. Burada “Samsung” 21 faiz, “Sony” 6 faizdən bir az çox paya sahibdir. Yaponiya şirkəti ən uğurlu istehsalçılar reytinqində üçüncü yeri Çinin “TCL” şirkətinə verməli olub.


Teqlər:





Xəbər lenti