“Qarabağ”dan qələbə, Sumqayıtda 4 qol vuruldu

“Qarabağ”a qələbə qazandıran qollara Filip Ozobiç (42) və Mahir Emreli (73-cü dəqiqə) imza atıblar. Bu qələbədən sonra Qurban Qurbanovun komandası xal sayını 42-yə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub.
Günün son qarşılaşması Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası "Keşlə"ni sınağa çəkib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək. "Qəbələ" "Zirə"ni, "Neftçi" isə "Səbail"i qəbul edəcək.
Azvision.az