Hərbiçimiz başından vuruldu

Hərbiçimiz başından vuruldu
  27 Mart 2013    Oxunub:1720
Mayor Əsgərov Ceyhun Malik oğlunun başından yaralandığı bildirilir.
Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Gədəbəy rayonu istiqamətində martın 26-da atəşkəsin pozulması nəticəsində daha bir Azərbaycan hərbçisinin yaralandığı məlum olub.

AzVision.az Apa-ya istinadən xəbər verir ki, mayor Əsgərov Ceyhun Malik oğlunun başından yaralandığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu faktı təsdiqləyib.
Zabitin vəziyyəti normal qiymətləndirilir.

Qeyd edək ki, martın 26-da cəbhənin Gədəbəy istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub.

Atışma nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev də yaralanıb. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.



Teqlər:  





Xəbər lenti