Teymur Rəcəbov ilk qarşılaşmada amerikalı Hikaru Nakamura, daha sonra niderlandlı Yorden Van Forest, fransalı Maksim Vaşye-Laqrav və Alireza Firuzca ilə mübarizə aparacaq. Şahmatçımızın son qarşılaşması Maqnus Karlsen ilə baş tutacaq. T.Rəcəbov dünya çempionuna qarşı ağ fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, bir gün əvvəl keçirilmiş qarşılaşmalar hər iki şahmatçımız üçün uğurlu olub. Belə ki, startda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Şəhriyar Məmmədyarov növbəti iki oyunları iki heç-heçə, bir qələbə və bir məğlubiyyətlə başa vurub. Digər təmsilçimiz Teymur Rəcəbov isə ilk dörd turu heç-heçə ilə başa vurub, sonuncu turda qələbə qazanıb.
Yekun nəticələrə görə, 5 turdan 3 xal toplayan şahmatçılarımız 4-8-ci yerləri bölüşürlər. Turnir cədvəlinə 4 xalla Aniş Giri rəhbərlik edir.
Azvision.az