Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Zirə" turnir cədvəlində 3-cü, 23 xalı olan "Qəbələ" isə 5-ci pillədə qərarlaşıb.
Həftənin son matçında "Neftçi" və "Səbail" komandaları üz-üzə gəlib. Maraqlı epizodlarla yadda qalan görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla xallarını 42-yə çatdıran "Neftçi" liderliyini qoruyub. "Səbail" isə 18 xalla 6-cı pillədə qalıb.
Azərbaycan Premyer Liqasında 20-ci turun nəticələri:
“Neftçi” – “Səbail” - 4:0
“Qəbələ” –“Zirə” - 1:1
"Qarabağ" - "Sabah" - 2:0
"Sumqayıt" - "Keşlə" - 2:2

Azvision.az