Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu

Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu
  15 Mart 2021    Oxunub:2466
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin ikinci yarış gününün oyunları keçirilir.
Azvision.az xəbər verir ki, yeddinci turda qara fiqurlarla Maqnus Karlsenə qarşı mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya çempionuna məğlub olub.

Şəhriyar Fabiano Karuana ilə qarşılaşacaq
Şahmatçımız bu gün ilk qarşılaşmasında ağ fiqurlarla oynadığı FİDE təmsilçisi Alireza Firuzcaya da uduzub. O, növbəti 3 oyununu isə ispaniyalı David Anton Quixarro, isveçli Nils Qrandelius və niderlandlı Aniş Giriyə qarşı keçirəcək.

Turnirdə mübarizə aparan digər şahmatçımız Teymur Rəcəbov amerikalı Hikaru Nakamura və niderlandlı Yorden Van Forestlə oyunlarını heç-heçə ilə başa vurub. Şahmatçımızın növbəti oyunları fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi Alireza Firuzca, son qarşılaşması isə norveçli Maqnus Karlsen ilə baş tutacaq.

Azvision.az


Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti