112 nömrəli marşrutun hərəkəti müvəqqəti dəyişdirilib

112 nömrəli marşrutun hərəkəti müvəqqəti dəyişdirilib
  15 Mart 2021    Oxunub:1529
Bakı Nəqliyyat Agentliyi (BNA) 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini müvəqqəti dəyişdirib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, dəyişikliyə səbəb paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.



Azvision.az


Teqlər: Baku-Bus  






Xəbər lenti