Bu şəxslərə Hesablama Palatasında vəzifə veriləcək

   Bu şəxslərə Hesablama Palatasında vəzifə veriləcək
  15 Mart 2021    Oxunub:2712
Hesablama Palatasının sədr müavini və auditorlar vəzifəsinə namizədlərin adları açıqlanıb.
Azvision.az xəbər verir ki, Nəsir İbrahim oğlu Sadıqovun Palata sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın isə Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunub.

Qeyd edək ki, məsələ parlamentin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Hesablama-Palatası  






Xəbər lenti