Tural Gəncəliyev ATƏT sədri ilə görüşüb

Tural Gəncəliyev ATƏT sədri ilə görüşüb
  16 Mart 2021    Oxunub:2068
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri, deputat Tural Gəncəliyev İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Tural Gəncəliyev “Facebook” hesabında məlumat paylaşıb.

Görüş zamanı Qarabağa qayıdış və Xankəndi şəhərində gələcək fəaliyyətə dair müzakirələr aparılıb.

Azvision.az


Teqlər: TuralGəncəliyev   ATƏT  






Xəbər lenti