Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı

Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı
  16 Mart 2021    Oxunub:2954
2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.

Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Azvision.az



Teqlər: Birinci-sinif   Şagird  






Xəbər lenti