Baş nazir: “2020-ci il tariximizə qızıl hərflərlə yazıldı”

    Baş nazir: “2020-ci il tariximizə qızıl hərflərlə yazıldı”
  16 Mart 2021    Oxunub:2007
2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azvision.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdi.

Baş nazir əlavə edib ki, Vətən müharibəsində qələbə Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin nəticəsində mümkün oldu.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Baş-nazir   Hesabat   Əli-Əsədov  






Xəbər lenti