“İqtisadiyyata dəstək məqsədilə 2.5 milyard manat ayrılıb” - Baş nazir

 “İqtisadiyyata dəstək məqsədilə 2.5 milyard manat ayrılıb” -  Baş nazir
  16 Mart 2021    Oxunub:2658
Pandemiya dövründə Azəbaycan iqtisadiyyatının dəstəklənməsi məqsədilə dövlət tərəfindən müvafiq proqramlar həyata keçirilib, sahibkarlara dəstək göstərilib.
Azvision.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, 2020-ci ildə iqtisadiyyatın dəstəklənməsi məqsədilə dövlət büdcəsi və digər mənbələrdən 2.5 milyard manat vəsait ayrılıb.

Ə.Əsədov vurğulayıb ki, görülən tədbirlər nəticəsində Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələr sırasında olub, ölkədə makroiqtisadi sabitlik təmin edilib: "Həyata keçirilən tədbirlər infilyasiyanı minimum səviyyədə saxlamağa imkan verib".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Baş-nazir   Hesabat  






Xəbər lenti