197 nəfər daimi yaşamaq üçün Azərbaycana gəldi

197 nəfər daimi yaşamaq üçün Azərbaycana gəldi
  16 Mart 2021    Oxunub:990
Bu ilin yanvarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 197 nəfər gələn, Azərbaycandan isə 22 nəfər gedən qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.

Azvision.az



Teqlər: Daimi-yaşamaq  






Xəbər lenti