Gündəlik yoluxma sayı 900-ü ötdü, daha 12 nəfər öldü

 Gündəlik yoluxma sayı 900-ü ötdü,  daha 12 nəfər öldü
  16 Mart 2021    Oxunub:3277
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Ölkəmizdə indiyədək 241 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 6983 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, ötən müddət ərzində isə ümumilikdə 2 726 470 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  






Xəbər lenti