Azercell “Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqinə artıq hazırdır!
Bu gurğulara dünyada geniş tətbiq edilən aşağıdakı cihazları misal çəkmək olar:
• Qapı sensorları - bəzən maqnit sensorlar və ya giriş sensorları olaraq da adlandırılır. Bu sensorlar izləmə sistemlərində bir qapının açıq olub-olmadığını bildirən və ya təhlükəsizlik sistemlərini daha da təkminləşdirilməsində və yüksək keyfiyyətinin təmin olunmasında əhəmiyyətli rol oynayan cihazlardır.
• Su və ya yanacaq səviyyəsini ölçən sensorlar - açıq və ya yeraltı rezervuarlar üçün xüsusilə uyğundur. Çənin üst hissəsi ilə su və ya yanacaq səviyyəsi arasındakı maye səviyyəsini ölçməyə imkan verir.
• Qaz sensoru - az enerji sərfiyyatı tələb edən qaz sensorları qaz aşkarlama sistemi, sızıntını aşkar etmək və istifadəçini sızıntının qarşısını almaq üçün xəbərdar etmək üçün istifadə olunur.
• Dayanacaq yerlərini, ayrılmış yerlərin doluluğuna nəzarət etməyə imkan verən “ağıllı” park sensoru.
• “Ağıllı” izləyici sensor - IoT-a əsaslanan texnoloji həllər vasitəsilə malların və istehsal aktivlərinin izlənməsi, xərclərin azalması və qənaət baxımından şirkətlər üçün çox əlverişlidir.
• Yalnız dolmuş tullantı qutularının toplanmasına və nəticədə real vaxt monitorinqi və daha əlverişli marşrut planlamağa şərait yaradan "ağıllı" tullantı qutuları sensoru.
«Ağıllı şəhər» və "Ağıllı kənd"də enerji resurslarından daha səmərəli istifadə olunduğundan proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. Bu sistemlərin əsas ideyası inzibati ərazilərin bütün mümkün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdir. Müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə olunaraq toplanılmış məlumatlardan istifadə edərək aktivlərin və resursların səmərəli istifadəsi təşkil olunur.
«Ağıllı şəhər» və "Ağıllı kənd" konsepsiyası özünün müxtəlif üstünlükləri və müsbət cəhətləri sayəsində gələcəkdə sözsüz ki, meqapolislərin, habelə orta və kiçik şəhərlərin ayrılmaz hissəsinə çevriləcəkdir. “Ağıllı” sistemlərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik xərclərin azalması, ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti, kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı, yüksək məhsuldarlıq deməkdir.
Azercell gələcək texnologiyalar dünyasında istifadəçilərinin bələdçisi olaraq müasir zamanda IoT (Əşyaların İnterneti) tərəfindən təqdim olunan məhdudiyyətsiz imkanlar və telekommunikasiya texnologiyaları vasitəsilə onlara daha rahat, “ağıllı” mühitdə işləmək və yaşamaq imkanı açır.
Teqlər: Azercell