Hesablama Palatasına yeni sədr müavini və auditorlar təyin olundu

 Hesablama Palatasına yeni sədr müavini və auditorlar təyin olundu
  16 Mart 2021    Oxunub:2642
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, sənədə əsasən, Nəsir İbrahim oğlu Sadıqovun Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimovanın Hesablama Palatasının auditorları təyin edilməsi təklif olunub.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hesablama   Palata  






Xəbər lenti