Parlament İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanladı

 Parlament İlham Əliyev və Mehriban Əliyevaya təbrik ünvanladı
  16 Mart 2021    Oxunub:3991
Novruz dostluq, ünsiyyət, təmizlik və yenilik bayramıdır və əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi təcəssüm etdirir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Milli Məclisin sədri bu münasibətlə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlamentin adından təbrik məktubları ünvanlanmasını təklif edib.

Deputatlar təklifi alqışlarla qarşılayıblar.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   Təbrik   Məktub  






Xəbər lenti