Əfv komissiyasının son iclası keçirildi - YENİLƏNİB

 Əfv komissiyasının son iclası keçirildi -  YENİLƏNİB
  17 Mart 2021    Oxunub:4159
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb.
Azvision.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Ümumilikdə 1000-dən çox müraciətə baxılıb.

***
11:32


Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilir. Hazırda əfvlə bağlı müraciətlərə baxılır.

Azvision.az xəbər verir ki, iclasdan sonra komissiya işini yekunlaşdıracaq.

Müsbət rəy verilən müraciətlər Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, indiyədək Komissiyada 1000-dək müraciətə baxılıb. Novruz bayramına qədər növbəti Əfv sərəncamının imzalanması gözlənilir.

Azvision.az


Teqlər: Əfv   Komissiya   İclas  






Xəbər lenti