İlaxır çərşənbədə tonqalda yanan olmayıb

 İlaxır çərşənbədə tonqalda yanan olmayıb
  17 Mart 2021    Oxunub:1579
İlaxır çərşənbədə tonqalda yanğın xəsarətləri ilə bağlı şöbəyə müraciət daxil olmayıb.
Bu barədə Azvision.az -a 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin baş həkimi Şöhrət Mənmmədov deyib.

“Əvvəlki illərdə tonqalda yanan şəxslər, əsasən uşaqlar bizə gətirilirdi. Lakin bu il bayram çərşənbələrində belə müraciət olmayıb”.

Səhiyyə Nazirliyindən də bildirilib ki, tonqalda yanğın xəsarətləri ilə bağlı təcili yardıma müraciət edilməyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yanğın   Tonqal   Çərşənbə  






Xəbər lenti