Millət vəkilləri Romada

Millət vəkilləri Romada
  27 Mart 2013    Oxunub:1419
Deputatlar fikirlərini bölüşəcək, təkliflər verəcəklər
Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rasim Musabəyov və Ceyhun Osmanlı “Azərbaycan 2020. Gənclərin baxışı” adlı forumda iştirak etmək üçün martın 26-dan İtaliyanın paytaxtı Roma şəhərində səfərdədirlər.

AzVision.az xəbər verir ki, tədbirdə “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər”, “Ənənəvi və ictimai diplomatiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırki vəziyyət və perspektivlər” mövzuları ətrafında müzakirələr aparılacaq.

Deputatlar mövzularla bağlı fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.

Səfər martın 30-da başa çatacaq.


Teqlər:  





Xəbər lenti