Ermənilər işğal zamanı həmin mədəniyyət evini tamamilə söküb, yerində park salıblar. Həmin bina Natəvanın, Bülbülün, Üzeyir bəyin indi heykəllərinin qoyulduğu yerin arxasında yerləşirdi. Şəhərin yuxarı hissəsindəki Azərbaycan kinoteatrını ermənilər mədəniyyət mərkəzi kimi istifadə etmişdilər".
Əməkdar artist Şuşada üçmərtəbəli evinin olduğunu söyləyib:
"Mənim şəhərdə üçmərtəbəli böyük evim var idi. Həmin ev salamatdır. Şuşanın girişindəki sanatoriyanın qarşısında yerləşir. Evimin birinci mərtəbəsində erməni keşiş yaşadığına görə, onu dağıtmayıblar. İkinci mərtəbəni hərbi komissarlıq edibər. Şuşaya qayıtsaq, teatrımızın binası tikilənə kimi müvəqqəti mənim evimdən istifadə etmək olar. Otaqları böyükdür. Prezident Şuşanı mədəniyyət paytaxtı elan edib. Yəqin ki, istifadəyə verilən ilk məkanlardan biri də bizim teatrın binası olacaq”.
Y. Muradov rəhbəri olduğu teatrın Şuşada keçiriləcək “Xarı bülbül” festivalına və Vaqif poeziya günlərinə hazırlaşdığını, gələcəklə bağlı böyük planlarının olduğunu qeyd edib.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


