Slovakiya ilə siyasi dialoqu yüksək qiymətləndiririk - XİN rəhbəri
Nazir bildirib ki, 2019-cu ildə Slovakiyanın Azərbaycanda səfirliyi təsis edilib və ölkəmiz bunu ikitərəfli münasibətlərin inkişafı baxımından yüksək qiymətləndirir.
C.Bayramov həmkarı ilə görüşdə energetika, mədəniyyət və elm sahələrində də iş birliyinin genişləndirilməsinin diqqətdə olduğunu vurğulayıb.
XİN rəhbəri, həmçinin əlavə edib ki, Slovakiyanın 11 şirkəti Azərbaycanda müxtəlif sahələrdə - tikinti, nəqliyyat, xidmət, ticarət sektorlarında fəaliyyət göstərir. Nazir iki ölkənin ticari əlaqələrinin inkişafı ilə bağlı potensialın olduğunu diqqətə çatdırıb.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


