Ölkə ərazisində 40 mindən artıq ağac əkilib
Bildirilib ki, son 3 gün ərzində 13 rayonda ağac əkini həyata keçirilib. Zərdab, Ağsu, Qobustan, Ağdaş, Şəki, Zaqatala, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad, Masallı və Şabran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 30 hektar ərazidə 40 mindən artıq müxtəlif cinsli ağac əkilib, 1000 kiloqrama yaxın toxum səpilib.
Qeyd edək ki, yaz ağac əkini respublikanın bütün rayonlarını əhatə edəcək və ölkə üzrə ümumilikdə 200 hektar meşə fondu torpağında hər bölgənin iqlim şəraitinə uyğun ağaclar əkiləcək.
Azvision.az
Teqlər: Ağac







Vaxtında, Aydın, Lazımlı!


