“Vaksinlərin effektivliyi 100 faiz deyil” - Baş infeksionist

 “Vaksinlərin effektivliyi 100 faiz deyil” -  Baş infeksionist
  17 Mart 2021    Oxunub:2377
Koronavirusdan sağlamış şəxsin peyvənd olunmasının ziyanı yoxdur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, xəstəlik keçirmiş insanlarda vaksindən sonra anticimslərin səviyyəsi yüksək səviyyədə olur.

“Vaksinin birinci dozası vurulandan sonra qoruyuculuq az olur. İkinci doza vurulandan sonra insanı qorumaq iqtidarında olan immunitet yaranır. İkinci doza vurulandan iki həftə sonra immunitet formalaşır. Vaksinlərin effektivliyi 100 faiz deyil. Müəyyən qism insanlarda yoluxma ola bilər. Lakin xəstəlik yüngül keçər və ağırlaşma olmur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin   Peyvənd  






Xəbər lenti