“AstraZeneca” və “Sputnik V” vaksinləri hələ ölkəmizə gətirilməyib

“AstraZeneca” və “Sputnik V” vaksinləri hələ ölkəmizə gətirilməyib
  17 Mart 2021    Oxunub:2705
“AstraZeneca” və “Sputnik V” vaksinləri hələ ölkəyə gətirilməyib. Bu vaksinlər vektor vaksinləridir və bir qədər fərqli texnologiya ilə hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, ölmüş viruslarla hazırlanan vaksin texnologiyası 10 illərdir tətbiq olunub və tam öyrənilib.

“Vektor vaksinləri kifayət qədər yeni vaksinlər qrupundandır. İlk dəfə Rusiyada Ebola virusuna qarşı hazırlanmış vaksində istifadə olunub. Bu texnologiya cavan texnologiyadır və müzakirələr bunun üzərindədir. Elm və texnika inkifaş edir, hər zaman köhnə metodlarla işləyə bilmərik”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Vaksin   Həkim  






Xəbər lenti