“İy və dadbilmə bəzən 3-6 aya bərpa olunur”

  “İy və dadbilmə bəzən 3-6 aya bərpa olunur”
  17 Mart 2021    Oxunub:2791
Koronavirus infeksiyasına yoluxan insanlarda müəyyən əlamətlər qalır. Bunlardan ən çox müşahidə ediləni iy və dadbilmənin itməsidir.
Azvision.az xəbər verir ki, bunu ölkənin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, bəzi şəxslərdə bir aydan sonra iy və dad bilmə bərpa olunur.

"3-6 ay ərzində bir çox insanlarda iy və dad bilmə bərpa olunur. Az sayda insanlarda bu keçmir, müəyyən vaxt iy və dad bilmə itir. Bundan əlavə, digər əlamətlər də var. Bunlar xəstəliyi keçirən insanların üçdə birində olur. Xəstəlikdən sağalandan sonra halsızlıq, yaddaş, yuxu pozğunluğu, əzələ ağrıları müşahidə edilir. Belə hallar qala bilər və zaman lazımdır ki, bu keçsin”.

T.Eyvazov bildirib ki, xəstəliyi ağır keçirən və ağciyərlərin dərin zədələnməsi olan insanlarda bərpa prosesi şəxsdən asılıdır. “Yəni o cavandır və yanaşı xəstəlikləri yoxdursa, bərpası sürətli gedə bilər. Lakin yaşlı və yanaşı xəstəlikləri varsa, bərpa prosesi getməyə bilər və insanın əlilliyinə də səbəb ola bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər:






Xəbər lenti