
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər ümumi uzunluğu 50 metrə yaxın olan dəmir boru xəttini kəsərək R.Mirzəyevin idarə etdiyi avtomobillə həmin ərazidən aparıblar. Həmin şəxslər saxlanılan zaman oğurlanan borular onlardan aşkar olunaraq götürülüb.
Faktla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Dəstə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


