Şükür Həmidovun şəxsi əşyaları Tarix Muzeyinə verilib

Şükür Həmidovun şəxsi əşyaları Tarix Muzeyinə verilib
  17 Mart 2021    Oxunub:2417
Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) verilib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə fəal iştirak edən şəhid polkovnik Şükür Həmidovun şəxsi əşyalarını muzeyə onun qohumu, MATM-ın əməkdaşı Zümrüd İsmayılova verib.

II Fəxri xiyabanda dəfn edilən Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində fərqlənib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Vətən müharibəsindəki şücaətlərinə görə, "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.



Azvision.az


Teqlər: Milli-Qəhrəman   Şükür-Həmidov  






Xəbər lenti