Prezidentin Sumqayıt səfəri FOTOLARDA

Prezidentin Sumqayıt səfəri FOTOLARDA
  25 Fevral 2014    Oxunub:2343
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub.

AzVision.az-ın məlumatına görə, ölkə başçısı səfər zamanı prezident İlham Əliyev "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılmış Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak edib, müəssisələrin kollektivi ilə görüşüb.

Kombinatın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin "Azərsun Holdinq" MMC-nin müxtəlif müəssisələrinin açılışlarında iştiraklarını əks etdirən fotostend qurulub.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına kombinatın iş strukturu barədə məlumat verdi. Qeyd edildi ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən kombinatda yeni və müasir texnologiyalar tətbiq olunmuşdur.

Prezident İlham Əliyev kombinatı işə saldı.

Məlumat verildi ki, müəssisənin fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır. Hesablamalara görə, müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min şam ağacının kəsilməsinin və meşələrin məhv olmasının, həmçinin atmosferə xeyli miqdarda zərərli maddələrin buraxılmasının qarşısı alınacaqdır. Müəssisənin xammala tələbatının 90 faizi tullantı kağızın tədarükü hesabına ödəniləcəkdir. Bu məqsədlə respublikanın regionlarında gündəlik 60-70 ton kağız tullantıları tədarük etmək imkanına malik olan 30 məntəqənin yaradılması nəzərdə tutulur. Layihənin reallaşdırılması bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır. Belə ki, bu sahədə 1000 nəfərin işlə təmin edilməsi mümkün olacaqdır. "Azərsun Holdinq" MMC-nin Xırdalanda da karton fabriki vardır.

Sonra Prezident İlham Əliyev müəssisə haqqında ümumi məlumatı, kağız tədarükü məntəqələrini, kağızın təkrar emalı layihələrini əks etdirən stendlərə, eləcə də kombinatın və Xırdalandakı karton fabrikinin hazır məhsullarına baxdı.

Azərbaycan Prezidenti daha sonra mis emalı zavodunun açılışında iştirak edib, Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.

Prezidentin Sumqayıt səfərindən fotoları təqdim edirik:

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti