V.Süleymanov bu layihənin vacibliyini vurğulayaraq gələcək əməkdaşlığa ümidli olduğunu bildirib.
A.Frakassetti, BMTİP-nin ANAMA-nı texniki təcrübə, avadanlıq, potensialın inkişafı və maliyyə vəsaiti ilə təmin edərək, Azərbaycanda minatəmizləmə əməliyyatlarına dair dəstəyini genişləndirəcəyini bildirib. Rezident nümayəndə nəticədə bu fəaliyyətin, icmaların su mənbələrinə təhlükəsiz şəkildə çıxışının olmasına, evlər, məktəblər və sağlamlıq klinikaları tikməsinə kömək edəcəyini qeyd edib.
BMTİP, ANAMA-nı minatəmizləmə əməliyyatları ehtiyaclarının qiymətləndirilməsində dəstəkləyir, beynəlxalq təcrübəni paylaşır, fərdi qoruyucu vasitələr və mina təmizlənməsi avadanlıqlarının alınmasında Milli Agentliyə yardım edir.
Əlavə dəstək çərçivəsində minatəmizləmə sahələrinin prioritetləşdirilməsi, mina aşkarlanması üçün “istilik” xəritələrinin hazırlanması, eləcə də minatəmizləmə əməliyyat avadanlıqları və minaaxtaran itlərin alınması nəzərdə tutulur.
ANAMA 1999-cu ildə BMTİP-nin dəstəyi ilə təsis edilib. Son 20 il ərzində ANAMA və BMTİP Azərbaycanda 806 000-dən çox mina və digər partlayıcı silahların təmizlənməsinə kömək edərək 160 500-dən çox köçkün şəxsin evlərinə təhlükəsiz şəkildə qayıtmasına dəstək olub.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


