Nazirdən yeni müşavir təyinatı
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müşavir Rəşad Bayramov KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.
2004-cü ildə Roçester Texnologiya İnstitutunda (ABŞ) Kommunikasiya və media texnologiyaları üzrə magistr dərəcəsi əldə edib.
R. Bayramov 2019-2020-ci illərdə Dyuk Universitetinin Fuqua Biznes Məktəbində (ABŞ) Strategiyaların icrası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.
2004-cü ildən fəaliyyətini BP şirkətində davam etdirən R. Bayramov müxtəlif vəzifələrdə işləyib. 2011-2018-ci illərdə BP şirkətinin Xarici işlər şöbəsinin müdiri, 2018 – 2021-ci illərdə isə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə transformasiya və modernləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.
R. Bayramov 2016-cı ildən etibarən bir sıra beynəlxalq təhsil müəssisə və mərkəzlərində, o cümlədən ADA Universiteti, Koç Universiteti və Yaxın Şərq Liderlik Akademiyasında effektiv kommunikasiya mövzusunda mühazirə və seminarlar aparır.
Azvision.az
Teqlər: NRYTN







Vaxtında, Aydın, Lazımlı!


