Azərbaycanda COVİD-in “Britaniya ştammı” aşkarlandı

Azərbaycanda COVİD-in “Britaniya ştammı” aşkarlandı
  18 Mart 2021    Oxunub:7859
Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq, “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
Bu barədə Azvision.az-a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Britaniyaştammı  






Xəbər lenti