Dövlətə ziyan vuran qaz oğruları: “Bəziləri sayğacı bəhanə edir”

 Dövlətə ziyan vuran qaz oğruları:  “Bəziləri sayğacı bəhanə edir”
  18 Mart 2021    Oxunub:2727
Bakı kəndlərində həyət evlərində qazdan qeyri-qanuni istifadə edilmə halları çoxdur.
Bunu Azvision.az -a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov deyib. O bildirib ki, Bakının Maştağa, Hökməli kəndlərində qazdan qeyri-qanuni istifadə hallarına daha çox rast gəlinir.

“Həyət evlərində qaz xətləri çəkilən zaman dayaqlardan istifadə edilir. Əksər hallarda rezin borularla dayağın içərisinə daxil olaraq qaz xəttindən sayğacdan kənar qoşmalar edirlər. Bəziləri sayğacları bəhanə edir. Biz onlar üçün istədikləri sayğacı quraşdırmışıq ki, qanunsuzluğa yol verməsinlər. Ümumiyyətlə, Bakı kəndlkərində həyət evlərində qanunsuz qazdan istifadə halları çoxdur. Yüksəkmərtəbəli binalarda isə hazırda Xətai rayonuna olan bir binada qeyri-qanuni istifadə halları aşkar olunub".

C.Səfərov qeyd edib ki, qanunsuz hallar istifadəyə icazə verilməyən mənzillərdə aşkarlanır.
"Sayğac yoxdur, amma qazdan istfadə edir. Çoxmərtəbli binalarda əsas ana xətt çöl balkon tərəfdən gəlir və buradan mənzilə giriş olur. Köhnə mənzillərdəki kimi blokun içərisi ilə getmir. Sayğac həmin balkonda quraşdırılır. Kimlərdə bağlıdırsa, oradan müdaxilələr olur. Mənzilə baxış üçün şərait yaradılmadıqda, oradakı vəziyyəti görə bilmirik. Şlanqla, rezin borular, küstar üsullarla həyatlarını təhlükəyə atıb, evə xətt çəkirlər. Bu hallar ümumi qazın balansı itəndə bilinir. Şübhəli məqamlar yaranır. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Çünki "Azəriqaz"ın mənzili yoxlamaq və cərimə yazmaq səlahiyyətləri yoxdur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəriqaz   Qeyri-qanuniistifadə  






Xəbər lenti