Qazi: “Ayılanda üzümün qan içində olduğunu gördüm” - FOTO

  Qazi:  “Ayılanda üzümün qan içində olduğunu gördüm” -  FOTO
  19 Mart 2021    Oxunub:6931
“Döyüşün qızğın çağında huşumu itirdim. Ayılanda üzümün qan içində olduğunu gördüm”.

Bunu Azvision.az -a Vətən Müharibəsi qazisi Məhəmməd Mehdixanov deyib. Bir müddət əvvəl Türkiyədə beyin əməliyyatı keçirən və nitqi bərpa olunan qazi hazırda özünü yaxşı hiss etdiyini bildirib.
“Mən 1999-cu ildə Xaçmaz rayonunun İstisu qəsəbəsində anadan olmuşam. Orta məktəbi orada bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışam. Xidmətimi başa vurduqdan sonra turizm üzrə peşə liseyində təhsilimi davam etdirmişəm. Vətən Müharibəsinə çağırış əsasında qatılmışam. Sentyabrın 27-də Füzuli istiqamətində döyüşlərimiz başlayıb. Mən sanitar-atıcı idim. 3-cü yerdəyişə zamanı oktyabrın 2-də axşam saat 7 radələrində yaralandım. Döyüşün qızğın çağında birdən özümdən getdim. Ayılanda üzümün qan içində olduğunu gördüm. Minaatan mərmisinin qəlpəsi başımın sol tərəfindən dəyib kəllə-beyin sümüyünün7 milli metrliyini sındırmışdı.

Məni təcili Füzuli Mərkəzi Rayon Xəstəxanasına aparıb, orada əməliyyat etdilər. Daha sonra Bakıda Mərkəzi Hərbi Kliniki Hospitala köçürüldüm. Orada müalicə aldıqdan sonra evə buraxıldım. Evdə olarkən "YAŞAT" Fondundan zəng edib Türkiyəyə əməliyyata göndəriləcəyimi bildirdilər. Qardaş ölkədə sınmış sümüyün əvəzinə yüngül metal olan titan qoydular və mənə bir neçə aylıq dərman verdilər. Əməliyyatdan sonra nitqim xeyli bərpa olundu. Ona qədər danışmağa çətinlik çəkirdim. Başımda güclü ağrılar olurdu. Həkimlər bildirdi ki, danışığım tədricən bərpa olunacaq”, - deyə qazi Məhəmməd Mehdixanov söyləyib.











Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazi   MəhəmmədMehdixanov  






Xəbər lenti