“164 ibtidai sinif şagirdi koronavirusa yoluxub” - Nazir

 “164 ibtidai sinif şagirdi koronavirusa yoluxub” -  Nazir
  18 Mart 2021    Oxunub:3341
“Fevralın 1-dən indiyədək 164 ibtidai sinif şagirdində koronavirusa yoluxma qeydə alınıb. Bunların hamısı məktəbdə baş verməyib”.

Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, V-IX siniflərdə təhsil alan 282 şagird COVID-19-a yoluxub.
“Məktəbəhazırlıq sinif şagirdləri arasında koronavirusa yoluxanların sayı 23 nəfər olub. Bundan əlavə, 714 nəfər işçi heyəti yoluxub”.

Nazir qeyd edib ki, koronavirusa görə 626 sinif distant təhsilə keçirilib:

“Onlardan 233-də dərslər bərpa edilib. Ümumilikdə 48 məktəb distant tədrisə keçirilib. Hazırda 41 məktəbdə tədris distantdır, yeddisində təhsil ənənəvi formada bərpa edilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Koronavirus  






Xəbər lenti