40 mindən çox müəllim peyvənd olunub

 40 mindən çox müəllim peyvənd olunub
  18 Mart 2021    Oxunub:1731
“Mart ayının 12-ə olan məlumata görə, 50 yaşdan yuxarı müəllim və texniki işçilərdən 40786 nəfər könüllü olaraq koronavirus əleyhinə vaksinasiya prosesindən keçib".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, bayram günlərində vaksinasiya davam edəcək:

“Vaksinasiyada çox fəal iştirak etməliyik. Vaksinasiya nə qədər tez olarsa, normal həyata da o qədər tez geri dönərik”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Müəllim   Koronavirus  






Xəbər lenti